PURL proqramı çərçivəsində ABŞ–NATO razılaşmasında nəzərdə tutulan ilk hərbi texnika Ukraynaya çatıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukraynanın “Suspilnıy” qəzetinə NATO nümayəndəsi bildirib.
Onun sözlərinə görə, daha çox yardım paketi artıq yoldadır və yaxın zamanda Ukraynaya çatacaq.
Daha əvvəl “Reuters” iki mənbəyə istinadən xəbər yayıb ki, ABŞ-ın Ukraynaya silah yardımının ilk paketləri Tramp administrasiyası tərəfindən təsdiqlənib.
Ukrayna Prezidenti Volodimir Zelenski PURL paketinə “Patriot” və “Himars” hava hücumundan müdafiə sistemləri üçün raketlərin daxil olacağını açıqlayıb.
Əliyar Xəlil
Globalinfo.az