1750056599

ABŞ İrana qarşı ilk dəfə hipersəs raketlərdən istifadə edə bilər”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb.

Bildirilir ki, ABŞ Mərkəzi Komandanlığı bu silahların yerləşdirilməsini İranın buraxılış qurğularını “Precision Strike Missile” raketlərinin təsir dairəsindən kənara çıxarması ilə əsaslandırıb.

“Söhbət təxminən 1725 mil (təxminən 2770 km) məsafəyə uçuş qabiliyyətinə malik olan və güclü müdafiə olunan, yaxud təcili zərbə tələb edən hədəflərə qarşı yüksək dəqiqlikli hücumlar üçün nəzərdə tutulan sistemdən gedir.

Qeyd edilən raket sistemi “Dark Eagle” adlanır və sürətli, yüksək dəqiqlikli zərbələr üçün hazırlanıb”, – deyə agentlik əlavə edib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: