ABŞ-ın yüksək vəzifəli rəsmisi İrəvana gəlir

ABŞ Dövlət Departamentinin Korrupsiyaya qarşı mübarizə üzrə koordinatoru Riçard Nefyu 2024-cü il yanvarın 15-dən 18-dək Ermənistan və Gürcüstana səfər edəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

R.Nefyu İrəvan və Tiflisdə hökumət nümayəndələri, hüquq-mühafizə orqanları və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşlər keçirəcək.

Müzakirələrdə əsas diqqət korrupsiyaya qarşı mübarizədə cari səylərə və çağırışlara yönələcək.