Səfirliyə hücum zamanı binada heç kim olmayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.
ABŞ Prezidenti Donald Tramp isə səfirliyə endirilən zərbəyə görə ağır cavab veriləcəyini bildirib.
***05:54
ABŞ-ın Səudiyyə Ərəbistanındakı səfirliyinin binasına zərbə endirilib.
Globalinfo.az xarici mediaya istinadla məlumat verir ki, Ər-Riyadda yerləşən binada hücumdan sonra güclü yanğın baş verib.
Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin məlumatına əsasən, binaya hücum dronlarla həyata keçirilib.
Xəsarət alanlar barədə hələ ki məlumat verilməyib.
Aysel Əliyeva
Globalinfo.az