ABŞ-ın Azərbaycana ayırmaq istədiyi vəsait açıqlandı

ABŞ hökuməti hər iki ölkə üçün prioritet olan bəzi əsas sahələrdə Azərbaycanla əməkdaşlıq edir.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət katibinin müavini Riç Verma mətbuat konfransında deyib.

“Azərbaycan üçün 2025-ci maliyyə ili sorğusuna inklüziv iqtisadi artım və ticarətin genişləndirilməsi, ingilis dilinin öyrənilməsi imkanları, vətəndaş cəmiyyəti və müstəqil media, həmçinin insan haqları təşkilatları, regionda dialoq və etimadın təşviqi üçün tədbirlər daxildir”, – o bildirib.

Administrasiya Azərbaycana ikitərəfli yardım üçün təxminən 12,5 milyon dollar tələb edib ki, bu da ötən illə müqayisədə 2 milyon dollar azdır. Bu, nüvə silahının yayılmaması, terrorizmlə mübarizə və minalardan təmizlənməni təşviq edən proqramların daxil edilməməsi ilə bağlıdır.