“Yaponiya ABŞ- la rəqabətdə sakitcə Rusiya və Çini qabaqlayıb. Bu ölkə indi amerikalılar üçün əsas hərbi və iqtisadi təhlükəyə çevrilib”.
Globalinfo.az xəbər verir ki, bu barədə Çinin “Sohu” nəşri məlumat yayıb.
“Uzun illərdir ki, Yaponiya ABŞ-ın himayəsi altında öz imkanlarını artırır. Nəticədə ölkənin Dəniz Özünümüdafiə Qüvvələri müdafiədən xeyli kənara çıxıb.
Üstəlik, ölkə maşınqayırma, yarımkeçiricilər istehsalı və çip istehsalı da daxil olmaqla bir çox sahələrdə qlobal liderə çevrilib. Çinli müşahidəçilər Tokionun qlobal təsirini genişləndirmək fürsətindən istifadə edəcəyinə inanırlar”, – deyə bildirilib.
Əliyar Xəlil
Globalinfo.az