ABŞ-də hoteldə partlayış olub, 21 nəfər xəsarət alıb – YENİLƏNİB

Texas ştatının Fort Uort şəhərindəki “Sandman Signature” hotelində baş verən partlayışda xəsarət alanaların sayı artıb.

APA xəbər verir ki, bu barədə “Fox News” kanalı məlumat yayıb.

Hadisə nəticəsində 21 nəfər xəsarət alıb.

Onlardan birinin vəziyyəti ağır qiymətləndirilir.

***

Saat 02:57

ABŞ-də hoteldə partlayış olub.

APA xəbər verir ki, bu barədə CBS məlumat yayıb.

Texas ştatının Fort-Uort şəhərindəki hoteldə baş verən partlayışa səbəb qaz sızması olub.

Hadisədə 11 nəfər xəsarət alıb.