“ABŞ Rusiya ilə silahlı münaqişəyə hazır deyil”.
Globalinfo.az xəbər verir ki, bunu Pentaqonun keçmiş müşaviri və istefada olan polkovnik Duqlas Makqreqor deyib.
“Rus əsgərləri hərtərəfli təlim keçir, orduda nizam-intizam yüksəkdir. Deyərdim ki, Rusiya Silahlı Qüvvələrinin hazırkı rəhbərliyi əladır”, – deyə o bildirib.
Qeyd edək ki, sentyabrın 30-da Pentaqon katibi Pit Heqets generallar və admirallarla görüşdə departamentin yeni missiyasının yalnız döyüş əməliyyatları olacağını açıqlamışdı.
Əliyar Xəlil
Globalinfo.az