ABŞ-dan HƏMAS və SEPAH üzvlərinə qarşı yeni sanksiyalar

ABŞ HƏMAS və İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) üzvlərinə qarşı yeni sanksiyalar tətbiq edib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Həmçinin əlavə olunub ki, HƏMAS və Fələstinin “İslami Cihad” təşkilatına qeyri-qanuni maliyyə vəsaitlərinin ötürülməsi üçün kanal rolunu oynayan İran şirkəti də siyahıya əlavə edilib.