trampd

Donald Tramp ABŞ-ın daha bir təşkilatdan çıxması barədə sərəncam imzalayacaq.

Globalinfo.az xəbər verir bu barədə “Politico” nəşri məlumat yayıb.

Məlumata görə, Tramp ABŞ-ın BMT-nin İnsan Hüquqları Şurasından çıxması barədə qərar verib və 24 saat ərzində bununla bağlı sərəncam imzalayacaq.

Bundan başqa, ABŞ Prezidenti təşkilatın Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinə maliyyə dəstəyini də dayandırmağı planlaşdırır.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: