putin 2 900x533 2

ABŞ prezident seçkilərindən öncə Rusiya Prezidenti Vladimir Putin açıq şəkildə bəyan etdi ki, ona Co Baydenin qalib gəlməsi sərf edir. O zaman yazdım ki, sınıq saat sutkada 2 dəfə düz zaman göstərdiyi kimi, Putin də arada səmimi olur, düz deyir.  Həmən üzərimə töküldülər ki, Putin Donald Trampa kömək etmək üçün belə deyib, Tramp Putinin adamıdır, “agent Krasnovdur”, Putinin əlində “kasetlər” var, Rusiya Tramp üçün çalışır”.

Globalinfo.az xəbər verir ki, bunu REAL partiyasının sədri Natiq Cəfərli deyib.

O xatırladıb ki, Co Bayden Ukraynaya silahı qramla verirdi:

“2023-cü ildə tam 7 ay silah tədarükünü minimuma endirdi, Ukrayna xalqı öz qəhrəmanlığı ilə ayaqda qaldı. Bundan başqa, ABŞ, Bayden Ukraynaya Rusiyanın ərazisinə (beynəlxalq səviyyədə tanınan) sapandla daş atmağa belə imkan vermirdi, qadağalar qoymuşdu.

Donald Tramp səmimi şəkildə ilk əvvəl müharibəni bitirməyə çalışdı – təbii ki, əsas öz maraqlarına uyğun şəkildə, amma, Putin buna getmədi, Donbasda meşəbəyinin daxması uğrunda vuruşmağa davam etdi. Nəticədə Tramp dedi ki, gedin vuruşun, özünüz bilərsiniz. Bir neçə ay əvvəl publik bəyan etdi ki, Rusiyanın iç bölgələrini vurmaq yaxşı ideyadır, bu gün Ukrayna Rusiya ərazisini dağıdırsa, bunu ABŞ-ın birbaşa köməyi ilə edir”.

N.Cəfərli qeyd edib ki, Kreml qorxusundan ABŞ-a heç nə demir, günahı Avropa İttifaqının üzərinə atır:

“Yaxşı, Putin niyə o kaseti çıxardıb ABŞ-ın Ukrayna əli ilə vurduğu zərbələri dayandırmır?! Niyə “Krasnova” əmr vermir ki, Ukraynanı məğlub etsin, təslim etdirsin?!

Bu gün Rusiyanın düşdüyü durumum əsas səbəbkarı ABŞ-ın Ukraynaya heç bir qadağa qoymaması, silah-sursatı, kəşfiyyat məlumatlarını, yeni texnologiyaları Avropanın puluna Kiyevə satmasıdır. Kreml buna qarşı heç nə edə bilmir, ürəyində, “hardasan ay Bayden”, deyib fəryad edir”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: