bayden ve tramp

ABŞ hazırda qaranlıq dövrlərini yaşayır. Buna səbəb qanunun aliliyinə təhdidlər və vətəndaş azadlıqlarının aşınmasıdır”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Co Bayden deyib.

“Baş verənləri ört-basdır etmək olmaz”, – deyə o bildirib.

“Politico” nəşri Baydenin Donald Trampa işarə etdiyini qeyd edib. Bildirilib ki, onun adı birbaşa çəkilməsə də, əslindı keçmiş prezident hazırkı Ağ Ev rəhbərini ittiham edir.

“ABŞ-ın yeni administrasiyası “tarixi silməyə”, mənim və sələflərimin əldə etdiyi tərəqqini ləğv etməyə çalışır”, – deyə Bayden əlavə edib.

Bundan əvvəl Tramp ABŞ iqtisadiyyatındakı problemlərə görə Baydeni günahlandırmışdı.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: