ABş Prezidenti Donald Tramp Çinlə ticarət razılaşmasına nail olunduğunu açıqlayıb.
Globalinfo.az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə “Truth Social” platformasında paylaşımında qeyd edib.
O, Vaşinqton və Pekinin demək olar ki, ticarət razılaşması əldə etdiyini bildirib. Trampın sözlərinə görə, sadəcə razılaşmanın iki ölkənin dövlət başçıları tərəfindən təsdiqlənməsi qalıb.
“Bizim Çinlə razılaşmamız demək olar ki, hazırdır. Çin lideri Si Cinpin və mənim son təsdiqimi gözləyir. Nadir torpaq xammalı Çin tərəfindən təmin ediləcək. Biz isə razılaşdığımız kimi çinli tələbələrin kollec və universitetlərimizdən istifadəsini təmin edəcəyik”, – Ağ Ev lideri bildirib.
Tramp bildirib ki, ABŞ 55%, Çin isə 10% tarif əldə edəcək.