efa09589785178aa11b65e833b1201fa 1753530383

Qəzza zolağında atəşkəs əldə edildikdən sonra Böyük Britaniya Fələstin dövlətini tanıya bilər”. 

Globalinfo.az xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Kir Starmer deyib.

O bildirib ki, iki dövlət prinsipi münaqişənin yeganə həll yoludur:

“Biz ən yaxın müttəfiqlərimizlə Yaxın Şərqə sülh gətirmək strategiyası üzərində işləyirik, diqqətimizi müharibənin nəticələrindən əziyyət çəkənlərin həyatını dəyişdirəcək praktik həllər üzərində cəmləşdiririk.

Britaniyanın baş naziri Qəzza zolağında humanitar böhranın daha da pisləşməsindən narahatlığını bildirib. O, fələstinlilərə ərzaq və digər humanitar yardımların göstərilməsi üçün səy göstərəcəyini vəd edib.

“Biz həmçinin təcili tibbi yardıma ehtiyacı olan uşaqları təxliyə edəcəyik. Bu humanitar fəlakət dayandırılmalıdır”, – Starmer vurğulayıb.

Qeyd edək ki, Starmerin həyat yoldaşı yəhudidir. Baş nazir vəzifəyə gəldikdən sonra yəhudiliyə sadiqliyini açıqlamış və musəvi dininin ayinlərinə böyük hörmət etdiyini bildirmişdi. Onun İsraili dəstəkləməsi ölkədə narazılıq doğurdu.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: