6256e91f e29d 3255 b9f2 2b1c3af7666d 850

İran xarici işlər nazirinin keçmiş müavini Abbas Əraqçi böyük ehtimalla yeni prezident Məsud Pezeşkianın hökumətində xarici siyasət idarəsinin rəhbəri olacaq.

Globalinfo.az  xəbər verir ki, bu barədə “Tasnim” agentliyi yeni prezidentə yaxın mənbələrə istinadən bildirib.

Məlumata görə, Məsud Pezeşkianın siyasi məsləhətçiləri hesab edirlər ki, A.Əraqçi ölkənin Xarici İşlər Nazirliyinə rəhbərlik etmək üçün ən münasib seçimdir.

“Xüsusi hadisə baş verməsə, siyasətçinin namizədliyi baxılmaq üçün İslam Respublikası parlamentinə təqdim olunacaq”, – Agentliyin mənbəsi bildirib.

Abbas Əraqçi artıq Pezeşkianın xarici siyasət məsələləri üzrə müşaviri vəzifəsində çalışır. O, xüsusilə İslami müqavimət qruplarının liderləri və regionun dövlət başçıları ilə son telefon danışıqları zamanı seçilmiş prezidentə məsləhətlər verib.

1144354533Araghchi

Paylaş: