İran husilərə yardım edir? – Abdullahiandan cavab

“İran ABŞ-dan Qəzzadakı müharibəni dayandırmasını istəyir”.

Globalinfo.az xəbər verir ki, bunu Hüseyn Əmir Abdullahian Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində CNBC telekanalına verdiyi müsahibədə deyib.

Abdullahian Qırmızı dənizdə təhlükəsizliyin təmin edilməsinin İran üçün vacib olduğunu bildirib:

“İran Qırmızı dənizdə gəmiləri hədəf alan husilərə yardım etmir. Fələstinə dəstək olan Yəmən xalqı və digər region ölkələri öz təcrübələri, maraqlarına uyğun hərəkət edirlər. Bizdən hər hansı əmr və ya təlimat almırlar”.

Əliyar Xəlil
Globalinfo.az