AB nazirləri Bakı və İrəvanı müzakirə edəcək

Avropa Birliyinin (AB) Xarici İşlər Nazirləri Şurası bazar ertəsi, iyunun 26-da Lüksemburqda keçiriləcək iclasda Rusiya-Ukrayna müharibəsini və Ermənistan və Azərbaycan arasında dialoqu müzakirə edəcəklər.

Globalinfo.az xəbər verir ki, bu barədə AB-nin mətbuat xidmətindən bildirilib.

Nazirlər Rusiyanın Ukraynaya təcavüzünü müzakirə etdikdən sonra nazirlər Latın Amerikası və Karib hövzəsi ölkələri arasında münasibətlərə dair fikir mübadiləsi aparacaq, o cümlədən rəqəmsal diplomatiya üzrə debatlar həyata keçirəcək və bu məsələ ilə bağlı nəticələr qəbul edəcəklər.

Bundan əlavə, Avropa Birliyi Şurasında Tunis, Ermənistan və Azərbaycan, həmçinin Serbiya və Kosova arasında dialoq müzakirə olunacaq.