xankendi mitinq1

Xankəndidəki saxta rejimin “təhlükəsizlik şurasının keçmiş katibi” Samvel Babayan Qarabağda aktivliyini artırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı “Hraparak” qəzeti yayıb.

Qəzet hazırda onun ikitərəfli oynadığını bildirib. Belə ki, bir tərəfdən Araik Arutyunyanı tənqid edən Babayan, digər tərəfdən öz yaxın ətrafı daxilində Bakıya reinteqrasiyanın vacibliyini təbliğ edir.

Bununla belə Babayanın “dövlət naziri” postuna iddia etdiyi vurğulanıb. Bunun üçün onun “komandasının” aktiv addımlara başladığı bildirilib.

Xüsusilə Babayanın aprelin 26-dan sonra Xankəndidə aksiyalara başlamağı planlaşdırdığı qeyd edilib. Bunun üçün Xankəndinin mərkəzi meydanında çadırların da quraşdırılması nəzərdə tutulub.

İlkin Həsənov
Globalinfo.az

Paylaş: