ilona mask 900x614 2

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) koronavirus pandemiyasına görə məsuliyyət daşıyır.

Globalinfo.az publika.az-a istinadən xəbər verir ki, bunu amerikalı sahibkar İlon Mask “X” sosial şəbəkəsində bildirib.

“USAID bütün dünyada həyatı iflic edən koronavirus tədqiqatlarını maliyyələşdirib!”, — deyə biznesmen yazıb.

2025-ci ilin avqustunda ABŞ Dövlət Departamentinin rəhbəri Marko Rubio USAID-in bağlandığını elan edib. O, agentliyin fəaliyyətinə xitam verilməsinin səbəbi kimi təşkilatın əsas proqramlarının Dövlət Departamentinin səlahiyyətlərinə verilməsini göstərib.

2026-cı ilin noyabrında məlum olub ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyi Avromaydan hadisələrindən əvvəlki yeddi il ərzində Ukraynada KİV-lərin və müxtəlif ictimai-siyasi layihələrin dəstəklənməsi üçün 177,3 milyon dollar vəsait ayırıb. 2006-cı ilin oktyabrından 2013-cü ilin noyabrınadək maliyyələşdirmə 35 qrant və müqavilə çərçivəsində həyata keçirilib.

İyul ayında Mask USAID-in Rusiya ilə münaqişəyə səbəb olan Ukrayna inqilabını maliyyələşdirdiyini bildirib.

Daha əvvəl USAID-in “Google”da Rusiya ilə bağlı xəbərləri manipulyasiya etdiyi üzə çıxarılıb.

Paylaş: