b75d2c16 e681 42f1 9259 98ece4601117

Pakistan Səudiyyə Ərəbistanına hərbi qüvvələr göndərib.

Globalinfo.az xəbər verir ki, bu barədə Pakistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hərbçilərin krallıq ərazisində yerləşdirilməsi İslamabadın Səudiyyə Ərəbistanının təhlükəsizliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq öhdəliyindən irəli gəlir.

Nazirliyin açıqlamasında qeyd olunub ki, Pakistan hərbçiləri Səudiyyə Ərəbistanında onlara həvalə edilən tapşırıqları iki ölkə arasında razılaşdırılmış öhdəliklərə və müdafiə sahəsində əməkdaşlıq haqqında qüvvədə olan sazişə uyğun yerinə yetirəcəklər.

Missiyanın əsas məqsədinin yaranmış təhlükəsizlik təhdidləri fonunda Səudiyyə Ərəbistanının müdafiə potensialını gücləndirmək olduğu vurğulanıb.

Safura Bənnayeva
Globlinfo.az

Paylaş: