“İran Hörmüz boğazını Tehranın tələbləri yerinə yetirilənədək açmayacaq”.
Globalinfo.az xəbər verir ki, bunu İran Hərbi Dəniz Qüvvələrinin komandanı Şəhram İrani açıqlayıb.
Onun sözlərinə görə, boğazın açılması qarşı tərəfin İran xalqına hörmətlə yanaşmasından və ölkənin regiondakı mövqeyini qəbul etməsindən asılıdır:
“Qərbi Asiyada təhlükəsizliyin təmin olunması üçün bölgənin mövcud reallıqları düzgün qiymətləndirilməli və yanlış qərarlardan qaçılmalıdır”.
Komandan, həmçinin 1980-ci ildə baş tutan “Morvarid” əməliyyatının hazırda dənizdə yenidən təkrarlandığını iddia edib. Onun fikrincə, indiki əməliyyat coğrafi əhatə dairəsi və istifadə olunan hərbi texnikanın mürəkkəbliyi baxımından əvvəlkindən daha geniş miqyaslıdır.
Qeyd edək ki, “Morvarid” (“Mirvari”) əməliyyatı 1980-ci il noyabrın 28–29-da İran–İraq müharibəsi zamanı keçirilib. İran Hərbi Dəniz və Hərbi Hava Qüvvələrinin birgə həyata keçirdiyi əməliyyatın hədəfi Fars körfəzində İraq donanması və neft terminalları olub.
Safura Bənnayeva
Globalinfo.az