mask 11

“SpaceX” şirkətinin rəhbəri İlon Mask ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyəti ilə bağlı növbəti sərt açıqlamalar verib.

Globalinfo.az xəbər verir ki, o, “X” sosial şəbəkəsindəki paylaşımında agentliyin çoxsaylı insanın ölümünə səbəb olduğunu iddia edib.

Mask istifadəçilərdən birinin USAID-in müxtəlif ölkələrdə hakimiyyət dəyişikliyinə nail olmaq və seçkilərə müdaxilə etmək üçün istifadə edildiyi barədə fikirlərinə cavab olaraq bu iddianı səsləndirib:

“Tamamilə doğrudur. Onlar çoxsaylı insanın ölümünə səbəb olublar”.

Milyarder, həmçinin agentliyin amerikalı vergiödəyicilərin vəsaitlərini minlərlə jurnalistə maliyyə dəstəyi göstərmək üçün xərclədiyini bildirib.

O, USAID-in keçmiş rəhbəri Samanta Pauerin fəaliyyəti dövründə 6,2 mindən çox jurnalistə maliyyə dəstəyi göstərildiyi barədə paylaşımı şərh edərək bunu jurnalistlərin satın alınması kimi qiymətləndirib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: