ruben rubinyan e1786027175499 1536x1175 1

“1991-ci ildən başlayaraq Ermənistan və Azərbaycanın tarixində ilk dəfədir, elə bir vəziyyət yaranıb ki, nə İrəvanın, nə də Bakının güzəştə gedəcək heç bir şeyi yoxdur. Söhbət delimitasiya yolu ilə həll edilə biləcək kiçik məsələlərdən getmir. Ümumilikdə, güzəştə gediləsi heç nə yoxdur”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Ruben Rubinyan “İnfocom”a müsahibəsində deyib.

Rubinyan əlavə edib:

“Düşünürəm ki, Ermənistan-Azərbaycan münaqişəsinin (Qarabağ münaqişəsindən danışmıram, məhz Ermənistan-Azərbaycan münaqişəsini nəzərdə tuturam) təxminən 1905-ci ildən başlayan dərin səbəbi Cənubi Qafqazda ermənilərlə azərbaycanlıların qarışıq şəkildə yaşaması olub. Bakıda da, İrəvanda da azərbaycanlılar və ermənilər yaşayıblar. Bu isə siyasi münaqişəyə gətirib çıxarıb”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: