D%C9%99rk k%C9%99ndi Quba rayonu Az%C9%99rbaycan 4 scaled

Şəhər sakinlərinin kənd yerlərinə köçməsini stimullaşdırmaq üçün mənzil, sahibkarlıq və məşğulluq sahələrində əlavə güzəştlərin tətbiqi gündəmə gətirilib.

Globalinfo.az xəbər verir ki, təkliflərə kənd yerlərində ev almaq və ya tikmək istəyən gənc ailələrə dəstək göstərilməsi, sahibkarlar üçün güzəştli kreditlərin ayrılması və vergi güzəştlərinin tətbiqi daxildir.

Kəndə qayıtmaq istəyənlər arasında Bakıda yaşayan Həsən Əlizadə də var. Dörd il əvvəl təhsil almaq və işləmək məqsədilə Qubadan paytaxta köçən gənc bildirib ki, doğma rayonunda iş və yaşayış şəraiti yaxşılaşarsa, ailəsi ilə birlikdə geri dönməyə hazırdır.

Onun sözlərinə görə, paytaxtda iş imkanlarının daha geniş olması səbəbindən əvvəlcə özü Bakıya köçüb, daha sonra ailəsini də yanına gətirib. Lakin bölgələrdə də paytaxtdakı səviyyədə imkanlar yaradılacağı təqdirdə Qubaya qayıtmağı planlaşdırır.

Daha ətraflı videomaterialda:

Paylaş: