ABŞ-ın Kaliforniya ştatının cənubunda 5 maqnitudalı zəlzələ baş verib.
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri Los-Anceles dairəsində yerləşən Manhetten-Biç şəhərindən təxminən 6 kilometr cənub-qərbdə qeydə alınıb. Zəlzələnin ocağı 12,2 kilometr dərinlikdə yerləşib.
Əsas təkanlardan sonra ərazidə bir neçə afterşok da baş verib.
İlkin məlumatlara əsasən, ölən və dağıntılar barədə məlumat qeydə alınmayıb.