Türkiyəli müğənni Yavuz Bingöl 12 günlük müalicədən sonra xəstəxananı tərk edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat yayılıb.
Məlumata əsasən, 62 yaşlı sənətçi öd kisəsində daş aşkarlanması səbəbindən xəstəxanaya yerləşdirilib və burada 12 gün müalicə alıb.
İfaçının cərrahi əməliyyat keçirməsi nəzərdə tutulsa da, aparılan müayinələr zamanı infeksiya göstəricilərinin yüksək olduğu müəyyən edilib. Bu səbəbdən həkimlər əməliyyatı təxirə salaraq göstəricilərin normallaşmasını gözləmək qərarına gəliblər.
Sənətçinin həyat yoldaşı Nilşah Ağaoğlu da sosial şəbəkə hesabında paylaşım edərək onun xəstəxanadan evə buraxıldığını açıqlayıb.
Qeyd edək ki, Yavuz Bingöl və Nilşah Ağaoğlu 2024-cü ildə ailə həyatı qurublar.
Əliyar Xəlil,