pasinyan 78 900x617 5

“Yaxın illərdə ölkə sərhədlərinin mühafizəsi ilə bağlı bütün məsuliyyəti öz üzərimizə götürməyi planlaşdırırıq. Bu çərçivədə Rusiya sərhədçilərinin Ermənistan ərazisindən tamamilə çıxarılması nəzərdə tutulur”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

O,  indiyədək Ermənistanın sərhədlərinin mühafizəsində iştirak edən Rusiya sərhədçilərinə təşəkkürünü bildirib.

Bununla yanaşı, Paşinyan təhlükəsizlik sahəsində yeni mərhələyə keçməyin vaxtının çatdığını vurğulayıb:

“Qarşıdakı illərdə ölkənin sərhədlərinin qorunması ilə bağlı məsuliyyət tam şəkildə Ermənistanın öz qurumlarına həvalə edilməlidir. Rusiya sərhədçilərinin indiyədək göstərdiyi xidmət yüksək qiymətləndirilsə də, bundan sonra bu sahədə dövlətin öz imkanlarına əsaslanması vacibdir”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: