“Qalatasaray” futbol klubunun prezidenti İsrailin Baş naziri Benyamin Netanyahunun komandanın UEFA-ya şikayət edilməsi üçün müraciət etdiyini iddia edib.
Globalinfo.az xəbər verir ki, buna səbəb İstanbul təmsilçisinin “Aston Villa” ilə qarşılaşmasından əvvəl azarkeşlərin stadion tribunalarında Fələstinə dəstək bannerləri açması olub.
Klub prezidentinin sözlərinə görə, Netanyahu bu addımla əlaqədar UEFA-ya şikayət ünvanlayıb. Hadisə futbol ictimaiyyətində də diqqət çəkib.
Qeyd edək ki, bannerlər azarkeşlərin Fələstinlə həmrəyliyini ifadə edib. Netanyahu və UEFA tərəfindən iddia ilə bağlı rəsmi mövqenin açıqlanıb-açıqlanmadığı barədə məlumat yoxdur.
Tahir Turan
Globalinfo.az