1038554 src

Belarus Prezidenti Aleksandr Lukaşenko Ukrayna Prezidenti Volodimir Zelenskiyə Moskvaya danışıqlara getəcəyi təqdirdə onun təhlükəsizliyinə zəmanət verməyi təklif edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Lukaşenko Fransanın “Le Point” jurnalına müsahibəsində danışıb.

Müsahibə zamanı jurnalist Belarus liderindən Zelenski ilə görüşməyə hazır olub-olmadığını soruşub.

“Bundan da artığını təklif edərdim. Putin bir dəfə kifayət qədər sərt tələb irəli sürmüşdü: Zelenski istəyirsə, Moskvaya gəlsin. Mən Zelenski ilə birlikdə Moskvaya uça bilərdim. Başa düşürsünüz, ikimiz birlikdə. Mən onun təhlükəsizliyinə zəmanət verən şəxs kimi onunla birlikdə təyyarəyə minib Moskvaya gedə, oturub söhbət edə bilərdim”, – deyə Lukaşenko vurğulayıb.

Jurnalistin Ukrayna liderinin belə bir addıma razılaşmayacağı barədə fikrinə cavab olaraq Belarus Prezidenti “Onda qoy müharibə etsin” deyib.

“Qoy özü avtomatını götürüb cəbhəyə getsin və döyüşsün. Onun razı olub-olmamasının fərqi yoxdur. Müharibə gedir və onu dayandırmaq lazımdır. Biz razılığa gələ bilərdik”, – deyə Lukaşenko əlavə edib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: