ak parti genel baskan yardimcisi hayati yazici gorevinden istifa etti uvfb

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Hayati Yazıcı partiya daxilində tutduğu bütün vəzifələrdən istefa etdiyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, o, bu barədə “X” hesabında paylaşım edib.

Yazıcı Mərkəzi Qərar və İdarə Heyətinin (MKYK) və Mərkəzi İcraiyyə Komitəsinin (MYK) üzvlüyündən ayrıldığını bildirib.

O, qərarını siyasi etika və məsuliyyət prinsipləri ilə əlaqələndirib.

Qeyd edək ki, Hayati Yazıcının oğlu Mustafa Yazıcının adı fond qalmaqalı ilə bağlı araşdırmada hallanır. İddialara görə, o, başqa şəxslərin adlarından istifadə edərək Adil Katılım Bankını qanunsuz şəkildə təsis edib.

Mustafa Yazıcı istintaq çərçivəsində iki dəfə prokurorluqda ifadə verib. Sonuncu ifadəsindən sonra onun barəsində xaricə çıxış qadağası və həftədə iki dəfə imza atmaq öhdəliyini nəzərdə tutan məhkəmə nəzarəti tədbiri seçilib.

Paylaş: