“Mən “Qarabağ Ermənistandır” demişdim, amma…”

“Dünyada Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımayan ölkə yoxdur və heç vaxt da olmayıb”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

“Hər şeyə rəğmən Ermənistan hər zaman dünyanın nə dediyinə uyğun yox, başqa istiqamətdə addım atmağa çalışıb. 2019-cu ildə mən “Qarabağ Ermənistanındır” demişdim. Həmin vaxt hansısa məntiqlə bunu etmişdim. Amma reallıqlar bizi konkret seçim qarşısında qoydu. Ermənistan hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, lakin elan etməyib” – deyə, o bildirib.

Tahir Turan
Globalinfo.az