melaniya

“ABŞ Prezidentinin həyat yoldaşı Melaniya Tramp Vaşinqtonda keçirilən görüşdə Rusiya və Ukrayna nümayəndələrini bir-birinin yanında əyləşdirərək münaqişənin həllinə nail olmağın mümkünlüyünü nümayiş etdirmək qərarına gəlib”.

Globalinfo.az xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti məlumat yayıb.

“Rusiya və Ukrayna rəsmilərinin iştirakı ilə keçirilən tədbir noyabrın 5-də Ağ Evin Böyük foyesində baş tutub.

Görüşdə ABŞ-ın birinci xanımının vasitəçiliyi və koordinasiyası ilə Xerson vilayətinin Oleşki şəhərində (Alyoşki) əldə edilmiş atəşkəs rejiminin nəticələri müzakirə olunub.

Melaniya Tramp həmçinin Ağ Evin anbarlarından sülhü simvolizə edən əşyaları çıxarıb. Onların arasında 1812-ci il müharibəsi zamanı Britaniya əsgərlərinin törətdiyi yanğından sonra binadan götürülmüş ilk yardım çantası da olub. Təşkilatçıların fikrincə, bu əşya barışığın necə möhkəm ittifaqın yaranmasına gətirib çıxara biləcəyini nümayiş etdirməli idi”, – deyə nəşr yazıb.

Bundan əvvəl ABŞ-ın birinci xanımı Rusiya və Ukrayna arasında yeni atəşkəsə nail olunacağına ümid etdiyini bildirmişdi.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: