Depositphotos 138320970 l 2015 pic4 zoom 1500x1500 17948

Danimarka hava məkanını bütün mülki dronlara bağlamağı planlaşdırır.

Globalinfo.az xəbər verir ki, bu barədə Almaniyanın N-TV telekanalı məlumat yayıb.

“Gələn həftə Danimarka Avropa İttifaqının (Aİ) dövlət və hökumət başçılarını qəbul edəcək, burada biz təhlükəsizliyə xüsusi önəm verəcəyik. Buna görə də sentyabrın 29-dan oktyabrın 3-dək ölkənin hava məkanını bütün mülki pilotsuz təyyarələr üçün bağlayacağıq”, – deyə bildirilib.

Qeyd edək ki, bundan əvvəl Kopenhagen səmasında bir neçə böyük pilotsuz təyyarə görünüb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: