images 2026 11 22T131950.663

“2020-ci il 9 noyabr tarixli üçtərəfli bəyanat qüvvədə qalmalıdır. Laçın yolu Ermənistanla Qarabağ arasında sərbəst, təhlükəsiz və maneəsiz əlaqəni təmin etməlidir”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri separatçı rejimin keçmiş dövlət naziri Njde İskəndəryan sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, bəyanat tərəflərdən heç biri tərəfindən rəsmi şəkildə ləğv edilməyib və buna görə də sənəddə nəzərdə tutulan öhdəliklər diqqətdən kənarda saxlanıla bilməz.

Qeyd edək ki, bu fikirlər Ermənistanda hələ də revanşist düşüncələrin mövcud olduğunu göstərir. Sözügedən fakt Ermənistan Konstitusiyasına dəyişiklik edilməsinin nə dərəcədə zəruri olduğunu bir daha ortaya qoyur.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: