toy

Rusiyada toy zamanı silahla əylənən gənclər gündəmə çevrilib.

Globalinfo.az publika-ya istinadən xəbər verir ki, insident Surqutda qeydə alınıb və Yuqra Daxili İşlər Nazirliyi baş verən hadisədən sonra şəhərin dörd sakini xuliqanlıqda ittiham edərək saxlayıb.

Qurumdan verilən məlumata görə, hadisə Lenin küçəsi 13 ünvanının yaxınlığında baş verib: “Bir neçə kişi tapançadan havaya atəş açıb. Hadisə yaxınlıqda olan sakinlər tərəfindən videoya çəkilib. Yayılan videodan da aşkar görünür ki, silahlı şəxs toy kortejindəki avtomobillərdən birinin yanında dayanıb. Polis əməkdaşları dörd şübhəlini bölməyə aparıblar. Məlum olub ki, saxlanılanlardan biri əvvəllər soyğunçuluq və hədə-qorxu ilə pul tələb etməkdə məhkum edilib”.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə günü açılan bütün atəşin eyni silahdan atıldığını müəyyən ediblər. Tapança şübhəlidən müsadiə edilib və ekspertizaya göndərilib. Hadisə ilə bağlı xuliqanlıq maddəsi ilə cinayət işi açılıb və istintaq davam edir.

Paylaş: