Hörmüz boğazının şərqində ABŞ ordusuna məxsus MQ-1 tipli kəşfiyyat-zərbə pilotsuz uçuş aparatı vurulub.
Globalinfo.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
SEPAH-ın açıqlamasında bildirilir ki, qurumun Aerokosmik Qüvvələrinin hava hücumundan müdafiə bölmələri MQ-1 ER (Extended Range) modelindən olan PUA-nı aşkar edərək dəqiq atəşlə məhv edib. İran tərəfi bunu ABŞ-yə məxsus vurulan 20-ci pilotsuz uçuş aparatı kimi təqdim edib.
Bildirilib ki, son 24 saat ərzində İranın hava hücumundan müdafiə sistemləri ABŞ ordusuna məxsus daha üç kəşfiyyat-zərbə dronunu da vurub. Beləliklə, SEPAH-ın məlumatına əsasən, son bir gündə məhv edilən ABŞ PUA-larının sayı dördə çatıb.
Safura Bənnayeva