“Noyabr-dekabr aylarında gün batımı və gün doğumu zamanı buludların qırmızı və ya qırmızı-narıncı rəng alması əsasən Günəş şüalarının atmosferdə uzun məsafə qət etməsi və işığın səpilmə xüsusiyyətləri ilə bağlıdır”.
Globalinfo.az xəbər verir ki, bunu erməni hidrometeoroloq Qagik Surenyan deyib.
“Lakin payızın sonu və qışın əvvəlində bu hadisə bir neçə səbəbdən daha qabarıq şəkildə müşahidə olunur. Noyabr-dekabr aylarında Günəş üfüqdə xeyli aşağıda yerləşir. Buna görə də Günəş şüaları atmosferdə daha uzun məsafə qət edir.
Qısa dalğalı mavi və bənövşəyi şüalar daha güclü səpələnir. Uzun dalğalı qırmızı və narıncı şüalar isə buludlara daha çox çatır. Nəticədə buludlar qırmızı, narıncı və ya çəhrayı rəng alır”, – deyə o qeyd edib.
Əliyar Xəlil
Globalinfo.az