bilo

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu, Dünya Etnoidman Konfederasiyasının prezidenti Nəcməddin Bilal Ərdoğan Səudiyyə Ərəbistanının “Əl-Nəsr” futbol klubuna baş çəkib.

Globalinfo.az bildirir ki, “Qafqazinfo”nun məlumatına görə, Etnoidman Mədəniyyəti Festivalında iştirak etmək üçün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda səfərdə olan Bilal Ərdoğan klubun bazasında olub.

Ziyarət zamanı o, “Əl-Nəsr”in portuqaliyalı ulduz futbolçusu Kriştianu Ronaldo ilə də görüşərək xatirə fotosu çəkdirib.

Görüşlə bağlı “Əl-Nəsr” klubunun rəsmi sosial media hesabında da paylaşım edilib: “Əl-Nəsr” bu səhər Dünya Etnoidman Konfederasiyasının prezidenti cənab Nəcməddin Bilal Ərdoğanı qəbul edib”.

2
4
3

Paylaş: