Almaniya kansleri Fridrix Merz Ukrayna münaqişəsinin həlli üçün Rusiya ilə dialoqun vacib olduğunu bildirib.
Globalinfo.az-ın məlumatına görə, bu barədə “Delta” nəşri məlumat yayıb. o bildirib ki, tərəflər birgə razılığa gəldikdə müharibə sona çatacaq.
Merz daha əvvəl Moskva ilə danışıqların aparılmasının zəruriliyini etiraf edib. Onun sözlərinə görə, belə bir dialoq hər iki tərəfin maraqlarına uyğundur.
Almaniya kansleri danışıqların neytral ərazidə, məsələn, Birləşmiş Ərəb Əmirliklərində keçirilməsini də təklif edib.
Tahir Turan
Globalinfo.az