zelenski 1 900x573 5

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın il ərzində atəşkəslə bağlı irəli sürülən bütün təklifləri rədd etdiyini və  hücumları gücləndirdiyini bildirib.

Globalinfo.az xəbər verir ki, Zelenski bu barədə Berlində keçirilən “Könüllülər koalisiyası”nın iclasından sonra təşkil olunan mətbuat konfransında danışıb.

Onun sözlərinə görə, görüşdə Ukraynaya dəstəyin beş əsas istiqaməti müzakirə olunub. İlk növbədə ölkənin hava hücumundan müdafiə sisteminin gücləndirilməsi məsələsinə diqqət yetirilib.

Zelenski bildirib ki, bu ilin yayının ortalarından etibarən Rusiya Prezidenti Vladimir Putin Ukraynaya hücumların intensivliyini artırıb. Xüsusilə ballistik raketlərdən və reaktiv mühərrikli “Şahid” dronlarından istifadə Ukrayna üçün ciddi təhlükə yaradır.

Ukrayna lideri ölkəsinin Rusiya zərbələrindən daha effektiv müdafiəsi üçün tərəfdaşların birgə səylərinin vacibliyini vurğulayıb.

“Bu, sadəcə söz deyil. Rusiya bütün il ərzində gərginliyin azaldılması ilə bağlı təklifləri rədd edib. Müxtəlif tərəfdaşlar bu məsələni Moskva ilə müzakirə ediblər, lakin Putin bütün təkliflərə yox cavabı verib”, – Zelenski vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: