“Alyans” vəkil bürosunun rəhbəri, vəkili Orxan Kəngərli məhkəməyə çıxarılıb.
Globalinfo.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, onunla bağlı təqdimata Nərimanov Rayon Məhkəməsində baxılıb.
Orxan Kəngərliyə qarşı Cinayət Məcəlləsinin 236.2.4 (narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakına zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə təhrik etmə) və 240-cı (güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham irəli sürülüb.
Məhkəmənin qərarı ilə Orxan Kəngərli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, bu əməliyyat polis tərəfindən keçirilib.
***09:12
“Alyans” Vəkil Bürosunun rəhbəri, vəkil Orxan Kəngərli saxlanılıb.
Globalinfo.az bildirir ki, “Qafqazinfo”nun məlumatına görə, Kəngərli polis tərəfindən tutulub.
İlkin məlumat ondan ibarətdir ki, vəkil qanunsuz narkotik dövriyyəsində ittiham olunur. Onun bu gün məhkəməyə çıxarılacağı gözlənilir.
Qeyd edək ki, bugünlərdə başqa iki vəkil də həbs edilib. Onlar dələduzluq və hədə-qorxu ilə tələb etməkdə ittiham olunurlar.
Vəkillər Kollegiyası isə dünən baş verənlərlə bağlı məlumat yayıb. Kollegiyanın açıqlamasında deyilir ki, hər sahədə olduğu kimi, vəkillik sahəsində də ayrı-ayrı şəxslər tərəfindən qanunvericiliyin və peşə etikası qaydalarının pozulması halları istisna edilmir. Həmçinin heç bir peşə sahibi mümkün hüquqazidd əməllərdən sığortalanmayıb.