Azərbaycan Tbilisidə baş verən partlayışla bağlı Gürcüstana başsağlığı verib.
Globalinfo.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkə hesabında məlumat paylaşılıb.
“Tbilisidə yaşayış binasında baş vermiş faciəvi partlayışdan dərindən kədərlənirik. Doğmalarını itirmiş ailələrə səmimi qəlbdən başsağlığı veririk və fikirlərimiz bu faciədən zərər çəkən hər kəslədir. Yaralananların tezliklə və tam sağalmasını arzulayırıq”, – paylaşımda bildirilib.
We are deeply saddened by the tragic explosion in a residential building in Tbilisi.
We express heartfelt condolences to the families who have lost their loved ones, and our thoughts are with all those affected by this tragedy.
We wish those injured a swift and full recovery.
@MFAgovge
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) November 19, 2026