
Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında ikitərəfli danışıqlara start verilib.
Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, görüş Çinin Şençjen şəhərində təşkil olunan Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində keçirilir.
Bu, iki liderin 2025-ci ilin avqustunda Ankoricdə baş tutan sammitdən sonra ilk üzbəüz görüşüdür. Ümumilikdə isə Putin və Tramp son doqquz il ərzində, o cümlədən Trampın hər iki prezidentlik müddətində səkkizinci dəfə bir araya gəlirlər.
Agentliyin məlumatına əsasən, dövlət başçıları bir gün əvvəl rəsmi qəbul zamanı da qısa ünsiyyət qurublar. Həmin vaxt onlar əl sıxaraq bir neçə kəlmə söhbət ediblər. Budəfəki görüş isə nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə keçirilir.
Safura Bənnayeva
Globalinfo.az