Pasinyan gulus 2

Ermənistanın “Döyüş Qardaşlığı” təşkilatının üzvləri baş nazir Nikol Paşinyana qeyri-adi “hədiyyə” hazırlayıblar.

Globalinfo.az xəbər verir ki, onlar parlament zalında olan Paşinyana banan gətiriblər.

Təşkilat üzvü Masis Şiroyan baş nazir üçün sürpriz hazırladıqlarını açıqlayıb və bananlardan yalnız birini yemək üçün gətirdiklərini deyib.

Şiroyan parlamentin təhlükəsizlik işçilərinin bananları Nikol Paşinyana verəcəklərinə ümid etdiyini bildirib.

Xatırladaq ki, “Döyüş Qardaşlığı” təşkilatı Azərbaycana qarşı revanşist mövqeyi ilə tanınır.

Təşkilatın üzvləri Masis Şiroyan, Arman Petrosyan, Qor Asatryan, Henrik Mkrtçyan, Aramais Ağabekyan Noyemberyan 2024-cü ildə Qazaxın kəndlərinin Azərbaycana qaytarılmasına qarşı çıxaraq aksiya başlatmışdılar.

Onlar Ermənistan təhlükəsizlik orqanlarının əməliyyatı nəticəsində saxlanılmış, daha sonra azadlığa buraxılmışdılar.

Փաշինյանին բանան են բերել

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: