1778849364915347 7SSFFRx8 1

ABŞ Prezidenti Donald Tramp administrasiyasının beynəlxalq islamçı “Müsəlman Qardaşları” hərəkatını terror təşkilatı kimi tanımaq niyyətində olduğunu açıqlayıb.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, Tramp bu barədə Ağ Evdə Filippin və Çinə səfəri ərəfəsində jurnalistlərin suallarını cavablandırarkən bildirib.

ABŞ Dövlət Departamenti daha əvvəl hərəkatın yalnız bəzi bölmələrini terror təşkilatları siyahısına daxil edib.

Jurnalistlər Trampdan bütün hərəkatın terror təşkilatı kimi tanınıb-tanınmayacağını soruşublar.

“Bəli, tanıyacağam. Misir mənim xahişimlə ‘Müsəlman Qardaşları’na çox güclü təzyiq göstərib”, – ABŞ Prezidenti cavab verib.

Qeyd edək ki, Tramp daha əvvəl ABŞ Konqresinə keçirilən aralıq seçkilərdə qalib gəldiyi bildirilən demokrat Əbdül əl-Səyyedi “Müsəlman Qardaşları” ilə əlaqələrdə ittiham edib.

Misirli mühacirlərin oğlu olan Əbdül əl-Səyyedin gələn ilin əvvəlindən Miçiqan ştatını Senatda təmsil edəcəyi və ABŞ tarixində ilk müsəlman senator olacağı bildirilir.

Trampın ittihamları ilə bağlı təqdim olunan məlumatda hər hansı sübut göstərilmir.

Paylaş: