ABŞ Hərbi Dəniz Qüvvələrinin üçüncü təyyarədaşıyan gəmisi Yaxın Şərqə çatıb. Bununla da Vaşinqtonun regiondakı hərbi-dəniz qüvvələri daha da gücləndirilib.
Globalinfo.az xəbər verir ki, “Associated Press” agentliyinin məlumatına görə, Ərəbistan dənizində hazırda ABŞ-ın üç təyyarədaşıyan gəmisi, 13 esminesi, iki kreyseri və bir sahil döyüş gəmisi yerləşdirilib.
Məlumata görə, ABŞ Prezidenti Donald Tramp İrana qarşı əlavə tədbirlərin görülməsi ilə bağlı müxtəlif ssenariləri nəzərdən keçirir.
Regionda hərbi qüvvələrin cəmləşdirilməsi Vaşinqton və Tehran arasında gərginliyin artdığı bir vaxta təsadüf edir.
Tahir Turan
Globalinfo.az