Ağcabədi rayonunda qəbiristanlıqdan xeyli sayda mərmər aksesuar oğurlanıb.
Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Qiyaməddinli kənd qəbiristanlığında qeydə alınıb.
Kənd sakinlərinin sözlərinə görə, bir neçə gün əvvəl yaxınlarının məzarını ziyarətə gedən şəxslər qəbirüstü abidələrin üzərindəki mərmər gül qablarının oğurlandığını aşkar ediblər.
Hadisə ilə bağlı aidiyyəti dövlət qurumlarına məlumat verilib.
Kənd sakinləri oğurlanan mərmər aksesuarların ümumi dəyərinin 10 min manatdan çox olduğunu iddia edirlər. Onları narahat edən əsas məqam isə oğurluq edən şəxslərin yenidən qəbiristanlığa qayıdaraq digər məzarlara da ziyan vura bilməsi ehtimalıdır.
***
Hadisə ilə bağlı Ağcabədi Rayon Polis Şöbəsində araşdırma aparılır.






