urektutma 1

Kardioloq Kaustubh Dabhadkar ürək-damar sağlamlığı üçün ən zərərli qidalardan birinin kartof çipsləri olduğunu bildirib.

Globalinfo.az xəbər verir ki, həkim bu barədə “Parade” nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, kartof çipsləri yağda qızardıldığı, çoxlu duz və kalori ehtiva etdiyi üçün ürək sağlamlığına mənfi təsir göstərə bilər.

Buna görə də həkim bu məhsuldan imtina etməyi və ya onun qəbulunu minimuma endirməyi tövsiyə edib.

Kardioloq bildirib ki, çipslər emal olunmuş qidaların ən bariz nümunələrindən biridir.

Belə məhsullar gündəlik qidalanmada böyük yer tutduqda zamanla ürək və damar sağlamlığına zərər verə bilər.

Həkimin sözlərinə görə, yüksək kalorili, xüsusilə doymuş yağlar, transyağlar və rafinə edilmiş karbohidratlarla zəngin qidalar orqanizmdə zərərli yağların və insulinin səviyyəsini artırır.

Bu amillər birlikdə damarlarda xolesterinin toplanmasını sürətləndirir. Nəticədə damarlar sərtləşir və onların divarlarında xolesterin lövhələri yaranır.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: