Rusiya Estoniyanın bütün sərhəd keçidlərini bağlamaq planları ilə bağlı məlumatların doğruluğunu yoxlayacaq.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova TASS-a deyib.

“Bütün bunların doğruluğunu yoxlayacağıq”, – deyə o bildirib.

Zaxarovanın sözlərinə görə, Tallinin Rusiya ilə bütün sərhəd keçidlərini bağlamaq niyyəti daha bir cilovlanmamış rusofobiyanın bir hissəsidir.

Tahir Turan
Globalinfo.az

Paylaş: