zelenski 0

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-dan və İlon Maskın “SpaceX” şirkətindən “Starshield” peyk rabitə sisteminə tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılmasını istəyib.

Globalinfo.az xəbər verir ki, bu barədə Zelenski teleqram kanalında paylaşım edib. O, bu məhdudiyyətlərin ölkənin enerji infrastrukturunun müdafiəsinə mənfi təsir göstərdiyini bildirib.

“Bütün məhdudiyyətlərin aradan qaldırılmasını gözləyirik. Ukraynanın enerji sektorunun qış ərəfəsində qorunması birbaşa bundan asılıdır. Xarici İşlər Nazirliyinə, Müdafiə Nazirliyinə və Prezident Administrasiyasına Amerika tərəfi və “SpaceX” ilə bu məsələni mümkün qədər sıx şəkildə işləmək tapşırılıb”, – deyə dövlət başçısı qeyd edib.

Zelenskinin sözlərinə görə, “Starshield” sisteminə tətbiq edilən sürət məhdudiyyətləri Ukrayna hərbçilərinin Rusiya pilotsuz uçuş aparatlarını zərərsizləşdirmək imkanlarını zəiflədir. Belə ki, saatda 161 kilometrdən yüksək sürətlə hərəkət edən ələkeçirici dronlar rabitə əlaqəsini itirir. 

Ukrayna Prezidenti bildirib ki, bu problem xüsusilə enerji infrastrukturunu hədəf alan Rusiya dronlarına qarşı müdafiəni çətinləşdirir.

Tahir Turan
Globalinfo.az

Paylaş: